Biləsuvar icra hakimiyyətinin qarşısında aksiya: Saxlanılanlar var – DİN-dən AÇIQLAMA

Biləsuvar icra hakimiyyətinin qarşısında aksiya:
Sosial şəbəkələrdə Biləsuvar rayonunun Ağalıkənd və Təzəkənd kəndlərində yaranan su probleminə görə sakinlərdən bəzilərinin Biləsuvar RİH-in qarşısında etiraz aksiyası keçirməsi ilə bağlı iddia yayılıb. İstifadəçilər yolu bağlamağa cəhd edən sakinlərdən bəzilərinin saxlanıldığını iddia ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, saxlanılan şəxslər barəsində qanunla tənzimlənmiş müvafiq tədbirlər görüləcək:
“Biləsuvar rayon Yuxarı Cürəli və Təzəkənd kəndlərinin sakinlərindən bir qrup şəxs yaranan su problem ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısından keçən yolda nəqliyyatın hərəkətini dayandırmağa və yürüş keçirməyə cəhd ediblər. Polis əməkdaşları tərəfindən həmin şəxslərə ictimai asayişin pozulması ilə bağlı xəbərdarlıq edilib. Qaydanı pozanlardan bir neçəsi saxlanılaraq polis şöbəsinə aparılıb. Onlarla bağlı qanunla tənzimlənmiş müvafiq tədbirlər görüləcək.
Digər sakinlər isə icra hakimiyyəti binasının qarşısında yerləşən parkda rayon icra hakimiyyətinin başçısı, polis rəisi və su idarəsinin rəisi tərəfindən qəbul olunublar. Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində işlər görülür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...