“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 8% artıb

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın mənfəəti 8% artıb
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2020-ci ili 352,962 milyon manat mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 8,2% çoxdur.

Ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın gəlirləri 875,362 milyon manat (əvvəlki illə müqayisədə 24,55% az), xərcləri isə 522,4 milyon manat (37,35% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın aktivləri 3 445,444 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,7% azalaraq 9,533 milyon manata düşüb, balans kapitalı isə 11,1% artaraq 3 435,91 milyon manata çatıb.

Xatırladaq ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 728,428 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...