Meydanda dava salan erməni futbolçu dərhal oyundan çıxarıldı - VİDEO

Meydanda dava salan erməni futbolçu dərhal oyundan çıxarıldı -

İtaliyanın “Roma” klubunun erməni futbolçusu Henrik Mxitaryan “Porto” ilə qarşılaşmada qalmaqal yaradıb.

“Sputnik Ermənistan” Mxitaryanın “Roma” və “Porto” arasında keçirilən yoldaşlıq oyununda dava salmasının görüntülərini yayıb.

Belə ki, “Porto”nun müdafiəçisi Pepenin müdaxiləsindən sonra yerə yıxılan erməni futbolçu əsəblərini cilovlaya bilməyib. Dərhal meydanda qarışıqlıq yaranıb və hər iki komandanın ehtiyat futbolçuları belə meydana daxil olub. Erməni futbolçunu çətinliklə sakitləşdirməyə nail olublar.

Maraqlıdır ki, Mxitaryan Pepenin kobud oynadığını iddia etsə də, hakim sözügedən epizodda yalnız erməni futbolçuya sari vərəqə göstərib. Bundan sonra “Roma”nın baş məşqçisi Joze Mourinyu dərhal Mxitaryanı əvəzləyib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...