“Nə mental dəyər? Camaat özündən 30 yaş böyük qadınla evlənir” - Xeyrəddin Qoca

“Nə mental dəyər? Camaat özündən 30 yaş böyük qadınla evlənir” -

Cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardan biri də evlilikdə kişi və qadın arasında olan yaş fərqidir.

Nəzər yetirsək görərik ki, ölkəmizdə nikaha girən cütlüklərin çoxunda qadınlar kişilərdən yaşca kiçikdir. Hətta bəzən qadınlar kişilərdən 10-12 və ya 20 yaş kiçik olurlar. Cəmiyyətimizdə bu hal normal qarşılanır. Lakin qadının özündən yaşca kiçik insanla ailə həyatı qurmasına yaxşı baxmırlar.

Maraqlıdır, niyə kişilər yaşca kiçik qadınla ailə həyatı quranda cəmiyyət buna normal, qadın yaşca kiçik kişi ilə evlənəndə isə qeyri-adi hal kimi baxır?

Buna səbəb nədir? Bu mental dəyərlərimizləmi bağlıdır, yoxsa psixoloji baryerlər var?

Yazıçı-publisist Xeyrəddin Qoca Yenisabah.az-a açıqlamasında mental dəyərlərimizin lazımsız və heç nəyə yaramadığını söyləyib:

“Bizim o mental dediyimiz dəyərlərin 90 faizi lazımsız, mənasızdır. Biz bunları bilirik, tənqid də etmişik. Nə mental dəyər? Camaat gedir özündən 30 yaş böyük qadınla evlənir. Onun məsələyə nə dəxli var? Sevgi, məhəbbət varsa, hər şey ola bilər. Yaş məsələsi rol oynamır”.

Xeyrəddin Qocanın sözlərinə görə, qoca cavan almalıdır və ya cavan qocaya getməlidir kimi fikir yoxdur:

“Əlbəttə alimlər, həkimlər fiziki cəhətdən nəsə düşünüblər ki, qadın kişidən bir qədər kiçik olsa daha yaxşı olar. Belə söhbətlər olub. Bunu da başa düşürəm. Yəni bir qadın özündən 5 yaş böyük kişiyə ərə gedibsə, burada nə var ki, qeyri-adi nə görünür ki..

Məşədi İbad filmində kişinin 50 yaşı olur. 50 yaşlı kişi cavan sayılır.. Mənim 72 yaşım var. Amma özümü çox cavan hiss edirəm. Lakin biz 50 yaşlı insana lağ edib, ələ salırıq. 50 yaşlı insan qoca deyil axı. Məşədi İbadın saqqalı var deyə biz onu qoca görürdük. Hətta qınayırdıq ki, qoca kişi gedib, cavan qıza aşiq olub.

Qadın biraz kişidən kiçik olsa, yaxşı olar. Yoxsa onu demək olmaz ki, bu belə olmalıdır. Qoca gedib cavan almalıdır və yaxud da cavan qocaya getməlidir. Bu haqda heç kim nəsə deyə bilməz”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...