Sinif otaqlarında partalar arası məsafə tələbi ləğv edilir
Təhsil Nazirliyi sinif otaqlarında partalar və yataqxanalarda çarpayılar arasında məsafənin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sinif otaqlarında partalar və yataqxanadakı çarpayılar arasında məsafə pandemiyadan əvvəlki, yəni müvafiq Qərar qüvvəyə minənə qədər hansı vəziyyətdə idisə, o cür olmalıdır. Başqa sözlə, sinif otaqlarında partalar və yataqxanalarda çarpayılar arasında məsafə tələbi ləğv olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, tədris (sinif) otağına və müəllim otağına dair tələblərlə bağlı partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsi tələbi və yataqxanalarda çarpayılar ən azı 1,5 metr məsafə tələbi ləğv edilib.
1237 dəfə oxundu