Avtobusun qapısını əlində aparan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Avtobusun qapısını əlində aparan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA -


Xəbər verildiyi kimi Bakıda hərəkətdə olan sərnişin avtobusu ilə bağlı maraqlı videogörüntülər yayılıb. Nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.

Sürücü öz tərəfindəki avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

Görüntülər 106 nömrəli marşrut xəttinə aiddir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Bizim.Media-ya bu barədə açqlama verib. Qurum rəsmisinin sözlərinə görə bu gün 10:40 radələrində sözügedən avtobusla bağlı qəza yaşanıb:

“Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99 RU 659 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Daşıyıcnın verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sürücü yerləşən hissəsinə dəyib.

Hadisə vaxtı avtobusda sərnişin olmayıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...