Azərbaycana indiyədək nə qədər koronavirus peyvəndi gətirildiyi açıqlanıb

Azərbaycana indiyədək nə qədər koronavirus peyvəndi gətirildiyi açıqlanıb
"Azərbaycana ümumilikdə 318 min doza "Pfizer" vaksini gətirilib".

Bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, ilk olaraq ölkəyə 218 min doza “Pfizer” vaksini gətirilmişdi, sonradan 100 min doza da gətirilib: ""Pfizer" vaksininin yenə gətirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycana ümumilikdə 12 milyon doza "SinoVac", 200 min doza "Sputnik V" vaksini gətirilib. Təxminən 82 min doza "AstraZeneca" peyvəndi də əlavə olaraq gətirilib".

Nazir müavini qeyd edib ki, bu gün Bakıda fəaliyyət göstərən bütün peyvənd məntəqələrində boş yerlər var: "Əhali problem yaşamır. Əvvəl müəyyən qədər problem var idi. Məntəqələr az idi. Məntəqələrin sayı çoxalandan sonra heç bir problem yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...