“Araz boyu Naxçıvana dəmir və avtomobil yolunun açılması məsələsi Soçidə həll edildi...”

“Araz boyu Naxçıvana dəmir və avtomobil yolunun açılması məsələsi Soçidə həll edildi...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün səfər etdiyi Türkmənistandan geri dönərkən təyyarədə jurnalistlərə aktual mövzularla bağlı açıqlama verib. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşü barədə də danışıb. Bildirib ki, İlham Əliyev ona Soçidəki üçtərəfli danışıqların nəticələri barədə məlumat verib. Və həmin danışıqlarda Naxçıvana Araz çayı sahili boyu dəmir yolu və avtomobil yolunun açılması məsələsinin həll olunduğunu deyib.

Jurnalist soruşub:

-Türkiyə baxımından Türk birliyinin, Türk Dövlətləri Təşkilatının yekun hədəfi, arzusu nədir və bunu təhdid olaraq görənlərə nə mesaj verərdiniz?

-Ərdoğanın cavabı belə olub:

-Xüsusən Demokratiya və Azadlıqlar Adasındakı toplantımızda bildiyiniz kimi, Türk Şurası adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirdik. Bütün liderlər bu yeni təşkilata çox isti baxdılar, amma təbii ki, xaricdə bundan narahat olmayanlar da hər halda, yox deyil, hətta olublar da. Bu məsələdə Rusiyanın narahat olduğunu deyə bilmərəm. Çünki cümə günü İlham Əliyev qardaşımızın da Rusiyada görüşləri vardı. Paşinyanla birlikdə hörmətli Putinin vasitəçiliyi ilə orada toplantı keçirdilər. Bu toplantı ilə bağlı İlham Əliyev qardaşımla keçirdiyim görüşdə məlumat aldım, toplantının çox yaxşı və məhsuldar keçdiyini dedi. Bu toplantı sayəsində hazırda Araz çayı boyunca dəmir yolunun, avtomobil yolunun çəkilməsi məsələsi də həll olundu. Bu atılacaq addımla bərabər ayrıca İğdıra qədər uzanacaq avtobanın çəkilməsi mövzusu da var. Avtoban məsələsi ilə bağlı xüsusən Naxçıvan sıxıntısını aşmaq, digər tərəfdən də Ermənistan ərazisindən keçməklə Azərbaycanın İğdırla birləşməsi yönündə də çox uğurlu addım atılmış olacaq. Bununla yanaşı istər dəmir yolu ilə, istər quru yolu ilə yükdaşımalarında və sərnişindaşımalarında önəmli addım atılmış olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...