“DSX xuliqanlıq edən zabitə daha ağır cəza verməli idi“ - Hüquqşünasdan etiraz

“DSX xuliqanlıq edən zabitə daha ağır cəza verməli idi“ -

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum etdiyinə görə cəzalandırılıb. Nəzakətsiz davranışına görə o, məzəmmət olunub.

Jurnalistə zorakılıq etdiyinə görə DSX mayoruna verilən cəza adekvatdırmı? Yoxsa daha ağır cəza verilməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əgər həmin şəxsin zor tətbiq etməsi nəticəsində şəxs xəsarət alıbsa, xəsarətin dərəcəsindən asılı olaraq bu cinayət tərkibi də yarada bilər, inzibati xəta da tətbiq oluna bilər.

“Məzəmmət kifayət qədər adekvat qərar deyil. Jurnalist fəaliyyətinə mane olmaqla bağlı məsuliyyət nəzərdə tutulub. Əgər KİV təmsilçisinə zor tətbiq olunubsa, o zaman təqsirkar hətta ən aşağısı inzibati xəta ilə cəzalandırıla bilərdi.

Zor tətbiqi nəticəsində jurnalist xəsarət alıbsa, bu artıq cinayət məsuliyyəti yaratmalı idi. Xüsusilə, əgər bu vəzifəli şəxsdirsə, onun əməli ayrı maddə ilə də dəyərləndirilir. Məlum faktın səlahiyyət həddini aşma, vəzifədən sui-istifadə etmə və s. kimi maddələrlə töfsif olunması məqsədə uyğun olardı.

Aydın məsələdir ki, Azərbaycanda çox vaxt bu məsələlərə böyük diqqət yetirilmir. Yəni əməl düzgün töfsif olunmur.

Əgər zərərçəkmiş şəxs qərardan narazıdırsa, o xüsusi ittiham qaydasıyla məhkəməyə müraciət edə bilər. Zor tətbiq edilərkən və ya təhqirdən istifadə edilərkən orda ətrafda insanlar da varsa, əgər o zaman törətdiyi əməl hətta xuliqanlıq tərkiblidir. Bu zaman demək olar ki, məzəmmət adekvat cəza deyil. Xüsusilə nəzərə alınmalıdır ki, o, vəzifəli şəxsdir, dövləti təmsil edir. Onun əməli daha ciddi töfsif olunmalı idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...