Saleh Səmədov İmişlidə oğurluq qazla “qaz vurub qazan doldurur“

Saleh Səmədov İmişlidə oğurluq qazla


Uzun illər boyu dövlət məmuru olmasına baxmayaraq, bizneslə məşğul olan Saleh Səmədov oğurluq qazla "qaz vurub qazan doldururmuş". Daha doğrusu oğurluq qazla spirt çəkib butulkalara doldururmuş. Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli rayon şöbəsinin rəisi Saleh Səmədov qeyri standart qaz xəttindən necə yararlanır?

Bu gün Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli rayon şöbəsinin rəisi, əsasən qalmaqallı hadisələrlə mətbuatın gündəminə gələn iş adamı Saleh Səmədovla bağlı AzMedia.info saytına məlumat daxil olub.

Məlumatı verən mənbə bildirir ki, S.Səmədovun sahibi olduğu və rayonda fəaliyyət göstərən “Araz MMC”-yə məxsus olan, spirt, araq, konyak və müxtəlif şirələr istehsal edən zavod mərkəzi qaz xəttindən oğurluq da edirmiş. Belə ki, rayon qaz idarəsinin əməkdaşları Saleh Səmədovla anlaşaraq zavoda mərkəzi xəttdə oğurluq boru çəkdiribmiş. Və uzun illər boyu dövlət məmuru olmasına baxmayaraq, bizneslə məşğul olan Saleh Səmədov oğurluq qazla "qaz vurub qazan doldururmuş". Daha doğrusu oğurluq qazla spirt çəkib butulkalara doldururmuş.

Mənbə bildirir ki, bir neçə gün əvvəl keçirilən yoxlmalar zamanı məlum olub ki, Salah Səmədova məxsus zavoda rəsmi dövlət qurumu tərəfindən qeydiyyata alınmamış əlavə qaz xətti çəkilib.Bu faktın qeydiyyata alınmasından dərhal sonra İmişli rayon Qaz İstismar Sahəsinin Yasəf adlı rəisi dərhal işdən azad edilib. Zavoda isə oğurluq qaz xəttinin çəkilməsi ilə bağlı cərimə tətbiq ediləcəyi bildirilib. Lakin Saleh Səmədova hələ də gözün üstə qaşın var deyən yoxdur. Çünki İmişlidə Saleh Səmədov nə etsə, məhz “standarta” uyğun edir.

Belə ki, mənbənin bildirdiyinə görə dövlətə küllü miqdarda ziyan vurmasına və İmişli rayon Qaz İstismar Sahəsinin Yasəf adlı işçisinin işdən qovulmasına baxmayaraq. hansısa sehirli çubuq vasitəsi ilə Saleh Səmədov oğurluq qaz xəttini yenidən bərpa edib. Cərimədən isə söhbət gedə bilməz. Çünki rayonda standartlara uyğun olmayan hər şeyin hesabı Saleh Səmədovdan soruşulur. Və yəqin ki, İmişli rayon Qaz İstismarı idarəsinin rəisinin standartlara uyğun olmayan nələrisə olub ki, Saleh Səmədov üçün qeyri-standart qaz xəttini yenidən bərpa edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...