Paşinyan Meğri dəmir yolunun bərpası ilə bağlı qərar imzaladı

Paşinyan Meğri dəmir yolunun bərpası ilə bağlı qərar imzaladı
Naxçıvan Muxtar Respublikası ərazisindən keçən Yerasx (Arazdəyən) - Meğri dəmir yolunun bərpası ilə məşğul olacaq işçi qrupu yaradılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Bildirilir ki, qrupa 10 nəfər daxil olacaq. İşçi qrupun rəhbəri vəzifəsinə Ermənistanın İrandakı keçmiş səfiri, hazırda baş nazirin müşaviri Artaşes Tumanyan təyin edilib. O, baş nazirə görülən işlərlə bağlı rüblük hesabat təqdim edəcək.

Ermənistanın baş nazirinin digər qərarı ilə Artaşes Tumanyan Sünik bölgəsinə (Qərbi Zəngəzur) göndərilib.

Xatırladaq ki, dekabrın 16-da Ermənistan baş naziri Azərbaycan prezidenti ilə Soçidə və Brüsseldə keçirilən görüşlərdə bu dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə edildiyini təsdiqləyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...