Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vuruldu

Beyləqanda ermənilərin pilotsuz uçuş aparatı vuruldu


Bu gün Beyləqan rayonu ərazisində iki dəfə partlayış səsi eşidilib. Səs rayon sakinlərinin narahatlığına səbəb olub. Musavat.com dəqiqləşdirib ki, Beyləqanın Allahyarlı kəndində ermənilərin pilotsuz uçuş aparatı vurulub. Eşidilən partlayış səsi də bununla bağlıdır və rayon ərazisində heç bir bədbəxt hadisə baş verməyib.

Xatırladaq ki, indiyədək cəbhə xəttində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus bir neçə pilotsuz uçuş aparatı (PUA) atəş nəticəsində məhv edilib.

Pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
986 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...