"İtkin düşən neftçilərin axtarışları davam edir" Xoşbəxt Yusifzadə

"İtkin düşən neftçilərin axtarışları davam edir"


SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.

APA-nın məlumatına görə, vitse-prezidentlər xəstələrin səhhəti ilə maraqlanıb, onlara şəfa diləyiblər. X. Yusifzadə jurnalistlərə bildirib ki, itkin düşmüş 29 neftçini hələlik tapmaq mümkün olmayıb, axtarışlar davam etdirilir. O, dövlət tərəfindən bütün lazımi tədbirlərin görüldüyünü də deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1132 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...