Salyanın icrap başçısı bu fotoları sildirdi - Rəsmi açıqlama yayıldı

Salyanın icrap başçısı bu fotoları sildirdi -


Salyanın icra başçısı Tahir Kərimovun sosial şəbəkələrdə yayılan və qalmaqala səbəb olan fotosu ilə bağlı açıqlama verilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov AzVision.az-a bildirib ki, icra başçısının fotosu Gül Bayramı ilə bağlı keçirilən tədbirlər zamanı çəkilib. “Bu foto bir gül kompozisiyasıdır. İcra başçısı tədbirə gedən zaman uşaqlar onu güllərlə qarşılayıblar. Bu, əvvəlcədən planlaşdırılmış şəkildə baş tutub. Yazılanların heç biri doğru deyil. Bu, şantaj və böhtandır. İki il bundan öncə keçirilən tədbirdə çəkilən fotonu bəzi adamlar sosial şəbələrdə qəsdən paylaşıblar. Bütün bunlar şantaj və qarayaxma kampaniyasının tərkib hissəsidir”-deyə Rəşad Cəbrayılov qeyd edib.

GUNDEMİNFOÖ.AZ-ın əməkdaşlarının apardıqları araşdırma nəticəsində bəlli olub ki, İcra Hakimiyyəti artıq həmin fotoları rəsmi internet saytından silib. Bu fotolarda kimin şantaj olunduğu isə bəlli deyil. Fotolarda icra başçısının niyə belə bir törən təşkil etməsi ilə bağlı suallar sosial şəbəkələrdə müzakirə edilib. Foto İH-nin rəsmi internet saytından götürülüb və kimə böhtan atıldığı da anlaşılmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...