Sərdar Berdiməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib

Sərdar Berdiməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib

Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdiməhəmmədov ölkənin yeni prezidenti seçilib.

“Report” xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.

Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...