Müharibədə ölən 94 erməninin cəsədi hələ də morqlarda saxlanılır

Müharibədə ölən 94 erməninin cəsədi hələ də morqlarda saxlanılır

2020-ci ildəki 44 günlük müharibədən təxminən il yarım keçsə də, cəsədlər və izlər Ermənistandakı müxtəlif morqlarda hələdə qalmaqdadır.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistanın Səhiyyə Nazirliyinin rəsmiləri bu mövzuya bir daha toxunaraq, qalıqların araşdırıldığını, lakin valideynlərin onları götürməkdən imtina etdiyini bildirib: "Bizdə elə cəsədlərin qalıqları var ki, onların kimliyi müəyyən edilib, nəticələr iki dəfə, bəzi hallarda başqa ölkələrdə üç dəfə təsdiqlənib, lakin qohumlar hələ ki, qalıqları götürüb dəfn mərasimini həyata keçirməyə razı deyillər”.

Rəsmilər hazırda morqlarda nə qədər cəsəd saxlandığına dair cavab vermək səlahiyyətinin olmadığını deyib və jurnalistləri bu məlumatı istintaq orqanlarından öyrənməyə çağırıb.

İstintaq Komitəsindən isə təxminən bir ay əvvəl yazılı sorğuya cavab olaraq bildirilib:

"2020-ci ildəki müharibə nəticəsində həlak olan hərbçilərin və mülki şəxslərin ümumi sayı 3812 nəfərdir. Ölən 3812 nəfərdən 1421-nin şəxsiyyəti məhkəmə-genetik ekspertizanın nəticələri ilə müəyyən edilib.

Həlak olan 3812 hərbçidən 94-nün yaxınları məhkəmə-genetik ekspertizalar nəticəsində müəyyən edilmiş hərbçilərin meyitlərini basdırmaqdan imtina edirlər.

22.02.2022-ci il tarixinə kimi 196 hərbçi və 21 mülki şəxsin yeri məlum deyil”.

Belə məlum olur ki, aidiyyatı qurumlar öz vəzifələrini yerinə yetiriblər, lakin valideynlər oğullarının sağ olduğunu düşünərək müəyyən edilmiş cəsədləri sırf emossional fonda qəbul etmirlər. Bəlkə də valideynlərin müəyyən edilmiş qalıqları götürməkdən imtina etməsinin başqa bir səbəbi var, məsələn, inamsızlıq.

Bəzi valideynlər isə DNT testlərinin yanlış olduğunu bəyan etmiş və ortaya buna dair faktlar qoymuşdular.

Ötən il Ermənistanda bəzi valideynlər məlumat vermişdilər ki, övladlarının dəfn mərasimindən sonra tamamilə başqa şəxsin qalıqlarının basdırıldığını öyrəniblər. Valideynlərin həyəcan siqnalından sonra Məhkəmə Tibbi Ekspertiza Elmi-Praktiki Mərkəzi onlara bunun səhv olduğunu deməklə kifayətlənib və cəsədin məzardan çıxarılmalı olduğunu söyiblər.

Bəs indiyədək nə qədər eksqumasiya aparılıb? O səhvə görə kim cavabdehdir? Kimsə bu kobud səhvə görə məsuliyyətə cəlb edilibmi? Bu sualların cavabı hələ də açıq qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...