Dolların möhkəmlənməsi fonunda qızıl ucuzlaşıb

Dolların möhkəmlənməsi fonunda qızıl ucuzlaşıb
ABŞ dollarının möhkəmlənməsi və ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızılın qiyməti düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,54%, yaxud 10,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 943,6 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,14% düşərək, 1 unsiyası 25,323 ABŞ dolları təşkil edib.

Qiymətli metalın qiymətinin düşməsinə ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin azalması təsir göstərib. Belə ki, ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 2,493%-dən 2,529% səviyyəsinədək artıb.

Bundan başqa, ABŞ dollarının indeksinin 0,34% artaraq, 99,12 bəndə çatması qızılın satınalmalar üçün cəlbediciliyini azaldır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...