"MİDA-nın güzəştli mənzillərini maklerlər alıb 15 min bahaya satır"

 "MİDA-nın güzəştli mənzillərini maklerlər alıb 15 min bahaya satır"
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksindəki güzəştli mənzillərin satışının ikinci mərhələsi başa çatıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə sözügedən 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığı iddia olunur.

Qeyd olunur ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq bunu bacarması mümkünsüzdür. Bildirilir ki, uzun illər ev almaq üçün növbə gözləyən şəxslər layihədən uzaq və evsiz qalıb.
Həmçinin iddia olunur ki, maklerlər sözügedən alğı-satqı prosesini biznesə çeviriblər, "xüsusi yollarla" evləri udub 10-15 min bahasına satırlar.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də məsələyə münasibət bildirib. O qeyd edib ki, güzəştli mənzillərin satışından öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub:
“Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir. Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik.
Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.
İddialarla bağlı Agentliyin tələbi əsasında quruma mətbuat sorğusu ünvanladıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...