“Ölkədə şəkər tozunun kifayət qədər xammal ehtiyatı mövcuddur"

“Ölkədə şəkər tozunun kifayət qədər xammal ehtiyatı mövcuddur"
“Azərsun Holdinq” MMC mətbuatda ölkədə şəkər tozu qıtlığının yaranması barədə məlumatlara münasibət bildirib.

"Report"un məlumatına görə, şirkətlər qrupu bəyan edib ki, regionun ən böyük şəkər istehsaI müəssisəsi olan İmişli Şəkər Zavodu ("Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC) tam gücü ilə fəaliyyətini davam etdirir.

“Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”,- deyə holdinq bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...