Şəmsəddin Hacıyev etiraz etdi, komitə sədri cavabını verdi

Şəmsəddin Hacıyev etiraz etdi,


Milli Məclisin Elm və təhsil komitəsinində “Elm haqqında” qanun layihəsinin müzakirəsi narazılığa səbəb olub.

Modern.az xəbər verir ki,“Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyev onun yaz sessiyasına saxlanılmasına etiraz edib. O qeyd edib ki, qanun layihəsində dəyişikləri qısa zaman çərçivəsində həll edib payız sessiyasında plenar iclasa çıxarmaq olar: “Biz 5 ildir ki, “Elm haqqında ” qanun layihəsinin üzərində işləyirik. Bununla bağlı müzakirələr zamanı deputatların əksəriyyəti öz təklif və tövsiyələrini veriblər. Bunlar əsasən müəyyən fəsillər və ya maddələr üzrə olub. Bu təkliflərin bəzilərini dəyərləndirib, dəyişiklər etdik və Milli Məclisin payız sessiyasına təqdim etdik.


Düşünürdük ki, oktyabr ayında müzakirə edilər, lakin edilmədi. Həmin təklifləri mən bir həftə ərzində toplayıb İsa müəllimə təqdim edərəm, buna işçi qrupunda da baxılar və hamının fikirləri də orada nəzərə alınar. Bundan sonra ikinci oxunuşda payız sessiyasında yenidən təqdim edilər. Hesab edirəm ki, qanun layihəsinin yenidən saxlanılmasına və bu qədər vaxt sərf edilməsinə ehtiyac yoxdur ”. Komitə sədri İsa Həbibbəyli isə həmkarının fikirləri ilə razılaşmayıb. O bildirib ki, biz daha təkmil qanun qəbul etməliyik: “Siz istəmirsiniz ki, qanun layihəsi təkmilləşdirilsin? Bunun üçün biz, millət vəkillərinin təkliflərini alırıq. Siz də öz təkliflərinizi verdiniz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...