Kiyevdə yenidən komendant saatı elan edilib

Kiyevdə yenidən komendant saatı elan edilib

Kiyevdə yenidən komendant saatı elan edilib. APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk “Telegram” kanalında məlumat yayıb.

O bildirib ki, Rusiyanın təxribatçı fəaliyyəti ilə əlaqədar olaraq bu həftə bazar ertəsindən cümə gününədək yerli vaxtla axşam saat 22:00-dan səhər 05:00-dək komendant saatı tətbiq ediləcək.

“Biz xatırladırıq ki, komendant saatı ərzində küçələrdə və digər ictimai məkanlarda olmaq, nəqliyyat vasitələri və ya piyada hərəkət etmək qadağandır”, - o qeyd edib.

Aleksandr Pavlyuk vurğulayıb ki, komendant saatının tətbiq edilməsində məqsəd əhalini düşmənin təxribatçı addımlarından qorumaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...