Məmurun sürücünü döyməsi: yol kimindir? - VİDEOya DİQQƏTLƏ BAXIN...
Ötən gündən sosial şəbəkələrdə və mediada “leksus”lu məmurun motosiklet sürücüsünü döyməsi videosu səs-küyə səbəb olub. Hər kəs yüksək vəzifə daşıdığı iddia edilən Sultan Dadaşovun motosiklet sürücüsünü döyməsini tənqid edir. Ancaq maraqlıdır: məmuru özündən çıxaran nədir? O, niyə əsəbiləşib, motosikletçini döyməyə qədər qalxır? Bəlkə, “hüququları” pozulub?
Videonun təhlili onu göstərir ki, hadisə Mikayıl Müşfiq küçəsi ilə İzzət Nəbiyev küçəsinin kəsişməsində - “Qurd qapısından” 20 nömrəli məktəbə düşən yolda, FHN-nə çatmamış, dairəyə girişdən öncə - baş verib.
Burada baş yol motosiklet sürücüsünün hərəkət etdiyi Mikayıl Müşfiq küçəsidir, “Leksus”un gəldiyi istiqamət isə - İzzət Nəbiyev küçəsi – ikinci dərəcəli yoldur. Yəni “Leksus” nə qədər böyük qabaritli avtomobil olsa da, nə qədər güclü mühərriki olsa, hətta sükan arxasında yekə məmur otursa belə, o, “balaca” motosikletə yol verməyə borcludur. Motosiklet sürücüsü yolun tıxac olmasını nəzərə alıb, videodan göründüyü kimi, qarşısına çıxan “Prius”a yol da verir. Amma yoluna davam etmək istədikdə “Leksus” özü kimi nəhəng sürücüsünün “qazı” ilə yola çıxmağa çalışır.
Yəni burada məmur Sultan Dadaşov həm suçlu, həm də güclüdür – o, həm qayda pozur, motosiklet sürücüsünün yoluna çıxmaq istəyir və yol vermədiyi üçün motosikletçiyə “siqnal” göndərir (sürücülər bilir bu anda “siqnal” nə deməkdir – Ə.M.), daha sonra isə motosikletçini maşınla əzib, sonra da söyüb-şillələyir...
Gundeminfo.az axar.az-a istinadən videonu bir daha təqdim edir... diqqətlə baxın:
1349 dəfə oxundu