Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəhbər təyin edildi

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəhbər təyin edildi
Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Gundeminfo.az "report"a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1474 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...