Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunmuşdur
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi Qaradağ rayonunda geniş şəkildə qeyd olunur.
Əlamətdar günlə bağlı 28 aprel 2022-ci il tarixində Qaradağ rayonunun ucqar qəsəbəsi olan Çeyildağ qəsəbəsində “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı əhalinin tibbi müayinədən keçirilməsi aksiyası təşkil olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tibbi müayinəyə gəlmiş Çeyildağ qəsəbə sakinləri qarşısında çıxış edərək oftalmoloq alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişdir. Eyni zamanda çıxışında tibbi müayinələrin bir sıra xəstəliklərin vaxtında aşkarlanmasına, patologiyaların qarşısının alınmasına kömək etdiyini, rayonumuzda hər cür avadanlıqlarla təchiz olunmuş xəstəxanaların fəaliyyət göstərdiyini, lakin Çeyildağ qəsəbəsində tibb məntəqəsinə və bəzi sahələrdə mütəxəssislərə ehtiyac duyulduğunu bildirmiş və bu baxımdan, aksiyanın böyük əhəmiyyəti olduğunu vurğulamışdır.
Aksiya müddətində rayonun səhiyyə müəssisələrində çalışan təcrübəli 15 nəfər həkim-mütəxəssislər tərəfindən 100-ə yaxın qəsəbə sakini tibbi müayinələrdən keçmiş, səhhətində problem olan bəzi sakinlərə məsləhətlər verilmiş və müvafiq müalicə təyin olunmuşdur.
Sakinlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirdilər.
3328 dəfə oxundu