Son bir ildə 178 azərbaycanlı "BP-Azərbaycan"dakı işini itirib

Son bir ildə 178 azərbaycanlı "BP-Azərbaycan"dakı işini itirib
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 247 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Gundeminfo.az "BP-Azərbaycan" şirkətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə BP şirkətində çalışan azərbaycanlıların sayı 7,3% və ya 178 nəfər, bu ilin əvvəlindən ötən dövr ərzində isə 19 nəfər azalıb.
Şirkətdən verilən məlumatda həmçinin qeyd olunur ki, Azərbaycanda ixtisaslı işçilərinin təxminən 90%-ini yerli mütəxəssislər təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...