"Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır!"
“Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir: “Sən ağıllanmadın da...””.
Yeniavaz.com xəbər verir ki, bunu 3 gün öncə yaşadığı binanın girişində bıçaqla hədələnən jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında yazıb.
“Arxasınca öz əxlaqına, öz ailəsinin tərbiyəsinə uyğun ifadə tərzilə 12 yaşlı övladını ölümlə hədələyir.
İki gün ərzində dəfələrlə Bakı Şəhər Baş Polis İdarəsində, Binəqədi Rayon Polis İdarəsində olmuşam, izahat vermişəm, başqa qurumlarla görüşmüşəm. Hadisənin ertəsi gün ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər. Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum.
Mən izahatlarımda da bildirmişəm, bir daha bəyan edirəm: mənim şəxsi zəmində heç kimlə ədavətim, düşmənçiliyim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır”, - paylaşımda bildirilib.
A. Məmmədova istintaqın gedişatına münasibətindən də söz açıb: “Ən çox verilən suallardan biri budur: “İstintaqdan razısan?” Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır. Amma narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacağam”.
“Sonda bir daha qayıdıram “ağıllanmaq” məsələsinə. Əgər “ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur”, - A. Məmmədova paylaşımını bu sözlərlə yekunlaşdırıb.
Qeyd edək ki, Aytən Məmmədovanın Tovuzda itkin düşən, daha sonra öldürüldüyü deyilən Nərmin Quliyeva cinayətini araşdırdığına görə hədələndiyi iddia olunur. Həmin hadisəyə görə, Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
1075 dəfə oxundu