Sabir Rüstəmxanlının “medal”la təltif olunmasını təklif etdiyi icra başçıları kimlərdir? - AÇIQLAMA

Sabir Rüstəmxanlının “medal”la təltif olunmasını təklif etdiyi icra başçıları kimlərdir? -
“Bu gün Xırdalandayam. Xırdalanın nə boyda parkı vardı. Həmin parkın bir hissəsi yoxdur. Bunun kimi bir sıra rayonlar var. Vaxtilə “8-ci kilometr”də yaşamışam. Orada “Neftçilər” metrostansiyasından yuxarıda böyük bir yaşıllıq massivi var idi. İndi o da yoxdur”.

Bu sözləri Pravda.az-a deputat, Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisin sonuncu plenar iclasında Bakıda parkları məhv edən bəzi icra başçılarına “medal” verilməsi təklifinə aydınlıq gətirərkən deyib.

“Uzun müddətdir, Bakıda yaşayan adamlarıq. Vaxtilə paytaxtda ağac yetişdirmək çətin idi. Parklar, yaşıllıq massivləri, çətinliklə böyüdülmüş ağaclar sonradan ev tikmək ehtirasına, bazar, dükan, idarə, yan-yana tikilən kiçik mağazaların güdazına getdi. Hamısı yaşıllığı məhv etdi. Demirəm ki, Bakıda ağac əkilmir. Əkilir, amma təyyarədən baxırsan yaşıllıq görünmür, quru ərazi görünür. “Sahil” parkı, “Sovetski” deyilən ərazidə salınan park gözəldir. Bu cür yerlər də salınır. Amma bununla yanaşı yaşıllıqların məhv edilməsi adama ağır gəlir. Çıxışımda bunu nəzərdə tutmuşam. Bu barədə fikirlərimi demişəm, daha nə xırdalaya bilərəm?”, - deputat deyib.

Qeyd: S.Rüstəmxanlının vurğuladığı Xırdalan ərazisi Abşeron rayon İcra Hakimiyyətinin (İH) tabeliyindədir. Rayonun icra başçısı 2022-ci ilə qədər İradə Gülməmmədova olub. Bu ilin əvvəlindən etibarən isə həmin vəzifə Abidin Fərzəliyevə həvalə edilib. “8-ci kilometr” ərazisi isə Nizami rayon İH-nin payına düşür. Bu rayonun icra başçısı hazırda Coşqun Cəbrayılovdur. 2020-ci ilə qədər bu vəzifədə Arif Qasımov olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...