Bəzi avtobuslarda kondisioner var, amma işə salınmır – BNA-dan açıqlama

Bəzi avtobuslarda kondisioner var, amma işə salınmır –

Havalar isti keçsə də, paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrindən bəzilərinin sürücüləri nəqliyyat vasitəsində kondisioner olduğu halda onu işə salmırlar.
Bu barədə sözügedən nəqliyyat vasitələrinin sərnişinlərindən bəziləri Yeniavaz.com-a etdikləri müraciət zamanı məlumat veriblər.
Onlar bildirirlər ki, son günlər havaların isti keçməsi və “Formula 1” yarışı ilə səbəbilə yollar bəzi istiqamətlərdə bağlı olduğundan belə avtobuslarda uzun müddət səfər etmək narazılığa səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev məsələ ilə bağlı Yeniavaz.com-un sorğusunu cavablandırıb və bildirib ki, daşıyıcı şirkətlər artıq may ayının 18-dən məlumatlandırılıblar:
"Əvvəl “BakuBus” BNA-nın nəzarətində fəaliyyət göstərirdi. Onda biz bu tip məsələlərlə bağlı birbaşa müdaxilə edirdik. Amma indi BNA tənzimləyici qurumdur. Sadəcə sərnişindaşımada standartları müəyyən edir və onun icrasına nəzarət edir. Mayında 18-dən daşıyıcılara yay mövsümünə keçidlə bağlı məktub göndərilib. Məktub həm interval, həm avtobusların texniki vəziyyəti, həm də sərinləndirmə sistemləri ilə bağlıdər. Burada qeyd olunur ki, sərinləndirmə sistemi yoxdursa, qapılar bağlı, pəncərələr isə daim açıq saxlanılmalıdır. May ayının 30-da yenidən onlara tapşırıq verilib ki, son günlər havaların isti keçməsi ilə əlaqədar iyun ayının 1-dən kondisionerlər işə salınsın”.
M. Ağayev bildirib ki, belə tapşırıqlar daşıyıcı şirkətlərin qarşısına öhdəlik kimi qoyulur:
“Sərnişindaşıma sistemində müəyyən olunmuş standartlar var. Onların da borcudur ki, o standartlara əməl etsinlər.
Kondisionerlərin işləməməsi müxtəlif səbəblərdən ola bilər. Məsələn, “Bakubus”da, həmçinin bir neçə daşıyıcı var ki, onlarda kondisioner sistemi işləmir. Həmçinin, bəzi avtobus xətlərindəki daşıyıcılardan bir neçəsində kondisioner işləmir. Bu kondisionerə görə avtobusu qarajda saxlaya bilməz, çünki sərnişinlər də daşınmalıdır. Buna görə də daşıyıcılar belə avtobusları xəttə buraxır, amma eyni zamanda həmin kondisionerin təmiri ilə bağlı üzərinə öhdəlik götürür. Hansı ki, əslində bu vaxta qədər, belə problemləri aradan qaldırmalı idilər”.
BNA sözçüsü bildirib ki, kondisionerlərin işə salınmaması ilə bağlı müraciətlər qurumun aidiyyəti şöbələrinə də daxil olur:
“O cür müraciətlər vətəndaşlardan bizə də gəlir, hansı ki, kondisionerləri var, amma işləmir. Bu məsələlər qeydiyyata alınır və araşdırılır.
Bu tip hallarla bağlı ən əsaslı cəza tədbiri xətdən kənarlaşdırmadır. Amma xətdən kənarlaşdırn zaman fasiləsizlik də nəzərə alınmalıdır. Tutaq ki, kondisioneri var, işlətmir və ya nasazdır, təmir etmir, hansı ki, belə hallar yox deyiləcək qədər azdır. Belə hallarda BNA həmin avtobusların xətdən kənarlaşdırılması barədə qərar verir. Amma hal-hazırda belə bir hal yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...