Məktəblilərin düşdüyü qəzada ölən yoxdur - DİN açıqlama yaydı

Məktəblilərin düşdüyü qəzada ölən yoxdur -

Xəbər verdiyimiz kimi, Şamaxı-Bakı yolunda məktəbliləri və müəllimləri daşıyan avtobus qəzaya uğrayıb.

DİN-in Mətbuat Ximdətindən bildirilib ki, qəza zamanı ölən və ağır xəsarət alanların olması ilə bağlı bir sıra KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Axşam saat 22:50 radələrində Şamaxı-Bakı yolunun Acıdərə adlanan ərazisində avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada xəsrəat alan şəxslərə köməklik göstərilib. Hadisə yerinə Təcili Tibbi Yardım maşını çağırılıb. 4 nəfər yüngül xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb”.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...