Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır

Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında insan amili, onun maddi rifahı, problemlərinin həlli, vətəndaş məmur münasibətlərində vətəndaş məmnunluğunun təmin edilməsi durur.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçısının yerlərdiyi keçirdiyi səyyar-qəbul görüşlərində, şəhərdə keçirilən vətəndaş qəbullarında sakinlərin müraciətlərinə həsasslıqla yanaşılır, həlli mümkün problemlər yerində həll olunur, icrası araşdırma tələb edilən məsələlər icraata götürülür.


May ayının 14-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 20 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.

            Qəbulda vətəndaşlardan Səkinə İbrahimova, Mehman Məhərrəmov, Roza Həsənova, Əliyar Haqverdiyev, Möhübbət İsmayılov, Pakilet İsmayılova, Etibar Qasımov, Lətafət Mayılova Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, şəhid anası Xanımzər Əliyeva icarəsinə həyatyanı torpaq  verilməsi, Nailə Mayılova, İlqar Cəfərli işlə, Pəricahan İsmayılova ünvanlı sosial yardımla, Xəyal Abdullayev evi yandığı üçün təmirinə köməklik göstərilməsi ilə, Muşviq Qəhrəmanov ona həyətyanı torpaq sahəsi verilməsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

            Qəbulda məmur vətəndaş münasibətlərində vətəndaş məmnunluğu təmin edilib.

            Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiribləır.

Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır
Tərtərdə vətəndaşların müraciətlərinə həsasslıqla yanaşılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...