Qəbələdə villa kirayələmək istəyən şəxs dələduzluqla üzləşib - FOTO
Sosial şəbəkə istifadəçisi “Instagram”da dələduzluqla üzləşib.
Oxu.Az-a müraciət edən vətəndaş iddia edir ki, istirahət üçün ev kirayələmək istəsə də, ona qarşı dələduzluq olub.
O bildirib ki, Qəbələdə ev icarəyə götürmək üçün pul ödəyib:
“Instagram”da “kirayevillavip” səhifəsindən istirahət üçün villalardan birini kirayələmək istədim. Mənə bildirdilər ki, bunun üçün 50 faiz ödəniş olmalıdır. Mən də verilən karta 150 manat ödəniş yolladım. Daha sonra telefon zənglərimə cavab verilmədi”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edilməsi halları ilə bağlı DİN-ə çoxsaylı müraciətlər daxil olur:
“Həmin müraciətlərin hər biri araşdırılır və keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu kimi neqativ əməlləri törədən şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür. Eyni halla rastlaşan həmin şəxs də bu barədə “102” Xidməti Zəng Mərkəzinə və yaxud aidiyyəti üzrə ərazi polis orqanına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilər.
Bir daha sosial şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, əmin olmadıqları halda əvvəlcədən ödəniş etməməyi tövsiyə edirik”
537 dəfə oxundu