Özbəkistan separatizmdən qorunmaq istəyir – Rusiya təhlükəsi (ŞƏRH)
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qərarı ilə ölkə Konstitusiyanın dəyişdirilməsi məqsədilə referendum keçiriləcək. Yeni dəyişikliklərdə prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması nəzərdə tutulub. Bundan başqa yeni Konstitusiyada Özbəkistan tərkibində mövcud olan Qaraqalpaqıstan Muxtar Respublikanın statusunun dəyişdirilməsi planlaşdırılıb.
Qaraqalpaqıstan Özbəkistan ərazisinin təxminən 40 faizini təşkil edir. 29 milyon əhalisi olan Özbəkistanda 1 milyon 500 minə yaxın qaraqalpaq türkü yaşayır. Qaraqalpaqıstan 14 inzibati rayona bölünüb. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi var. Muxtar Respublika ərazisinin təxminən 85 faizi səhralıqdır.
Hazırki Konstitusiyada muxtar respublikanın referendum yolu ilə Özbəkistandan ayrılma hüququ var. Prezident Şavkat Mirziyoyevi qorxudan da budur. Yeni Konstitusiyada “muxtar respublikanın referendum yolu Özbəkistandan ayrılma hüququ” bəndi olmayacaq. Muxtar Respublikanın bayrağı, gerbi, Konstitusiyası, məhkəmə sistemi və parlamenti mövcuddur. Yeni Konstitusiyada muxtariyyətin bu səlahiyyətlərinə toxunulmayacaq, sadəcə bunların hər biri Özbəkistan Konstitusiyasına və qanunlarına tabe etdiriləcək. Daşkənd yeni dəyişiklikləri “vahid vətən – ortaq tale” konsepsiyası əsasında həyata keçirir.
Daşkənd nədən Qaraqalpaqıstan Muxtar Respublikası ilə bağlı dəyişikliklərə ehtiyac duyub?
Birincisi, Rusiya hansı dövlətə təzyiq etmək istəyirsə, həmin dövlətin içindəki separatçı fəaliyyətlərdən istifadə edir. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibəsi, Abxaziya və Cənubi Osetiya separatçılarına hərtərəfli dəstəyi, 2014-cü ildə Krımı ilhaqı və Donbasda separatçı bölgə yaratması Mərkəzi Asiya ölkələrini, o cümlədən Özbəkistanı narahat edib. Kremlin nəzarətindəki Rusiya mediası son vaxtlar Qaraqalpaqıstanın keçmişi haqqında, o cümlədən 1930-cu illərdə Rusiya Sovet Federativ Sosialist Respublikasına aid olması barədə yazılar yayımlayır. Bu təsadüfi deyil.
İkincisi, Kremlin istəyinə baxmayaraq, Özbəkistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəmir. Özbəkistan Rusiya ilə yanaşı Qərb ölkələri ilə əməkdaşlığa maraq göstərir. Daşkəndin müstəqil xarici və təhlükəsizlik siyasəti Moskvadakı mərkəzlərin xoşuna gəlmir.
Daşkənd Kremlin müxtəlif istiqamətlərdə separatçılığa dəstək vasitəsilə hərəkət etdiyini anlayaraq Özbəkistan daxilində mümkün separatizm fəaliyyətlərini bəri başdan ortadan qaldırmaq istəyir. Məsələn Rusiya mediasının Qaraqalpaqıstanı “Özbəkistanın Krımı” adlandırması təsadüfi deyil. Bir müddət əvvəl naməlum qrupun Qaraqalpaqıstanın Özbəkistandan ayrılması “xahişi” ilə Rusiya prezidenti Vladimir Putinə müraciətlər göndərilməsi xəbəri yayıldı. Bundan sonra Rusiya mediası Qaraqalpaqıstanda Özbəkistan əleyhinə şüarlar səsləndiyi xəbərlərini tirajladı. Bu gedişat Özbəkistan üçün təhlükəlidir.
İslam Kərimovun prezidentliyi dövründə Qaraqalpaqıstanda separatçı fəaliyyətlərin qarşısı sərt alınırdı. Şavkat Mirziyoyev Özbəkistan prezidenti seçildikdən sonra Qaraqalpaqıstanın iqtisadi inkişafını sürətləndirmək məqsədilə müxtəlif layihələr təsdiq edib. Bunların reallaşdırlması Özbəkistan üçün vacibdir. Çünki muxtar bölgənin dərin sosial, işsizlik və ağır ekoloji problemlərinin mövcudluğunu kənar müşahidəçilər də qeyd edirlər.
Şavkat Mirziyoyev eyni zamanda bölgədə separatizm təhlükəsinin artması ehtimalından narahatdır. Məhz buna görə Özbəkistan prezidenti muxtar respublikanın statusunu ölkə qanunlarına tabe etdirməyə qərar verib. Bir qrup separatçı bölgədə sosial problemlərin mövcudluğu və dillərinin sıxışdırılması adı altında gizli şəkildə mərkəzi hakimiyyətə qarşı mübarizə aparır. Onlardan müxtəlif xarici mərkəzlər öz məqsədləri üçün istifadə edə bilərlər. Şavkat Mirziyoyev mövcud problemləri həll etməyə hazırdır, sadəcə Özbəkistan prezidenti Qaraqalpaqıstan Muxtar Respublikasının statusuna dəyişikliklər erməklə xarici mərkəzlərin əlində alət olan biləcək separatizm imkanlarını məhdudlaşdırmaq istəyir.
“Atlas” Araşdırmalar Mərkəzi
753 dəfə oxundu