Şəhid övladına təşəkkürnamə və hədiyyə təqdim olundu

Şəhid övladına təşəkkürnamə və hədiyyə təqdim olundu
15 iyun Milli Qurtuluş günü münasibəti ilə Tərtər rayonunun Heydər Əliyev parkında keçirilən təntənəli bayram konsertində Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın tələbələri ilə birgə rayonun Seydimli kəndindən olan şəhid Aysənan Abbasovun qızı 6 yaşlı Banu da çıxış edib. Balaca Banu “Sənət Akademiyası”nın üzvləri ilə birlikdə rayon icra hakimiyyətinin başçısı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.

Gundeminfo.az-a daxil olan məlumata əsasən bu münasibətlə rayon rəhbəri 1 iyul 2022-ci il tarixdə rayon icra hakimiyyətində şəhid Abbasov Aysənanın ailə üzvlərini və qızı Banunun tərbiyə aldığı Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri ilə birlikdə qəbul edib. Qəbul zamanı icra başçısı şəhid övladının ailəsinin qayğıları ilə maraqlanıb və ona 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş bayram tədbirində nümunəvi ifasına görə rayon icra hakimiyyəti tərəfindən “Təşşəkürnamə” və qiymətli hədiyyə təqdim edib.

Şəhidin anası Rəna xanım şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Şəhid övladına təşəkkürnamə və hədiyyə təqdim olundu
Şəhid övladına təşəkkürnamə və hədiyyə təqdim olundu
Şəhid övladına təşəkkürnamə və hədiyyə təqdim olundu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...