“Birazdan 92 ilə dizelin də qiymətini qaldıracaqlar”

“Birazdan 92 ilə dizelin də qiymətini qaldıracaqlar”
“Neft istehsal edən, iki neftayırma zavodu olan ölkədə niyə 95 markalı benzini özümüz istehsal etmirik, gedib qonşudan alırıq”. Bu sözləri Yeniavaz.com-a açıqlamasında deputat, əməkdar jurnalist Aqil Abbas bildirib.

O vurğulayıb ki, benzinin qiymətinin qalxması bütün bazar qiymətlərinin qalxması deməkdir: “Birazdan yəqin ki, “Aİ-92” markalı benzinin və dizelin də qiymətini qaldıracaqlar”.
Deputatın sözlərinə görə, yanacaq artanda ərzaq da bahalaşır və bu da əhaliyə pis təsir göstərir:

“Yanacaq bahalaşanda hər şey bahalaşır, əlbəttə əhaliyə pis təsir edəcək. Dünyaya neft satan ölkədə benzin baha olarmı?!”

Qeyd edək ki, ötən gün “Aİ-95” markalı benzinin qiyməti 1.6 manatdan 2 manata qalxıb. Bu gün isə “Aİ-98” markalı benzinin qiyməti 40 qəpik bahalaşaraq 2.3 manat olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...