Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir

Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələrini mütəmadi olaraq növbədənkənar qəbul edir, onların müraciətlərini dinləyir, problemlərinin həll olunmasına köməklik göstərir.

Tərtər rayonu l Qarabağ müharibəsində 316 nəfər, Vətən müharibəsində isə 61 şəhid verib. Qazilərin sayı l Qarabağ müharibəsində 327 nəfər, Vətən müharibəsində is 47 nəfərdir. Tərtərin 4 Milli, 2 Vətən Müharibəsi Qəhrəmanı, 10 “Azərbaycan Bayrağı Ordenli”, yüzlərlə medallarla təltif edilmiş oğulları var.

Şəhid və qazi ailələri dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sosial problemlərinin həlli həmişə diqqət mərkəzindədir. Bu istiqamətdə ölkə rəhbəri cənab İlham Əliyevin, birinci vitse Prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev və Yaşat Fondunun gördüyü işlər hər kəsə bir örnəkdir. Qazilərin müalicəsinə, mənzil şəraitlərinin, sosial durumlarının yaxşılaşdırılmasına göstərilən diqqət onları fərəhləndirir, qayğılarını azaldır. Bu istiqamətdə rayonumuzda da işlər görülür.Rayon rəhbərinin şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsinə diqqəti bunun əyani sübutudur.

Şəhərin girişində yerləşən Şəhidlər abidə kompleksi, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərin adları və şəkli əks olunmuş mərmər lövhənin işlənməsi bu istiqamətdə görülən işlərin daha bir göstəricisidir. Rayonumuza gələn qonaqların qürur yerimiz olan bu müqəddəs məkana baş çəkməsi, abidə önünə tər çiçəklər düzməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan ehtiramın daha bir nümunəsidir. Rayonda keçirilən tədbirlərin bu müqəddəs məkanın ziyarətindən başlanması, şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, həmin günlərdə rayonun mərkəzi meydanında quraşdırılmış monitorda onlar haqqında videoçarxlar verilməsi onların heç vaxt unudulmadığından, Tərtər rayonunda şəhid və qazi ailələrinin hərtərəfli qayğı ilə əhatə olunmasından xəbər verir.

Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir
Tərtərdə qazi və şəhid ailələrinə hərtərəfli qayğı göstərilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...