Sülhməramlı Xankəndi-Xocalı yolunda qəza törətdi - 4 nəfər öldü

Sülhməramlı Xankəndi-Xocalı yolunda qəza törətdi -
Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib.

Sputnik Ermənistan” xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Elə həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...