Quru yolla Azərbaycana gələn və gedənlərin sayı – Aylar üzrə rəqəmlər

Quru yolla Azərbaycana gələn və gedənlərin sayı –
Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 193,4 min nəfəri iyul ayı ərzindən Azərbaycana daxil olub.
Məlumat üçün bildirək ki, bu ilin ilk 7 ayı ərzində Azərbaycana gələnlərin 37,3%-i və ya 310,3 min nəfəri quru yolla ölkəyə daxil olub. İyul ayında quru yolla ölkəyə gələnlərin sayı isə 44 min nəfər olub.
Qeyd edək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyat yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Lakin buna baxmayaraq Naxçıvan Muxtar Respublikasından qonşu dövlətlərə (İran və Türkiyə) quru sərhədləri ilə səyahət etmək mümkün idi. Lakin, bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanla (Naxçıvan) Türkiyə və İranın quru sərhədi bağlanıb.
Onu da bildirək ki, quru sərhədlərinin tam şəkildə bağlı olmasına baxmayaraq iyun ayı ilə müqayisədə iyul ayında quru yolla ölkəyə daxil olanların sayında ciddi azalma olmayıb.

Bu ilin ilk 7 ayında ölkəyə quru yolla daxil olan əcnəbilərin sayı aşağıdakı kimi olub:
Yanvar – 31,4 min nəfər
Fevral – 33,7 min nəfər
Mart – 43,7 min nəfər
Aprel – 43,3 min nəfər
May – 54,8 min nəfər
İyun – 59,4 min nəfər
İyul – 44 min nəfər

Rəqəmlərdən də göründüyü kimi Azərbaycanla (Naxçıvan) Türkiyə və İranın quru sərhədlərinin açıq olduğu aylarda (yanvar, fevral, mart və aprel) sərhədlərin bağlı olduğu iyul ayından daha az əcnəbi gəlib.
Əcnəbilərdən fərqli olaraq sərhədlərin bağlı olması quru yolla xaricə gedən azərbaycanlıların sayını kəskin azaldıb. Belə ki, iyun ayında quru yolla xaricə 64,3 min azərbaycanlı gedibsə öyən ay bu göstərici 23,5 min nəfərə düşüb.

Bu ilin ilk 7 ayında xarici ölkələrə quru yolla səfər edən azərbaycanlıların sayı aşağıdakı kimi olub:
Yanvar – 27,9 min nəfər
Fevral – 36,6 min nəfər
Mart – 52,5 min nəfər
Aprel – 45,5 min nəfər
May – 59,1 min nəfər
İyun – 64,3 min nəfər
İyul – 23,5 min nəfər
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...