Rusiya “taxıl saziş"ində iştirakını dayandırdı: Azərbaycanı nə gözləyir?

Rusiya “taxıl saziş"ində iştirakını dayandırdı:
“Rusiyanın “taxıl saziş"ində iştirakını dayandırmasının hazırkı məqamda Azərbaycan üçün hər hansı təhdid yaradacağını düşünmürəm. Bəli, bu ay ərzində müəyyən qiymət artımları müşahidə edə bilərik, amma böyük çəkidə ciddi fəsadlarla nəticələnməyəcək. Hansısa qıtlıq yaranacağını gözləmirəm. Nəzərə alsaq ki, Azərbaycanın ən çox taxıl idxal etdiyi ölkə Rusiyadır. Rusiyada ötən il, təxminən, 76 milyon ton buğda istehsal olunmuşdusa, bu il istehsal 100 milyon tondan artıq gözlənilir. Bu isə nə az, nə çox 30 faizlik artım deməkdir. Rusiyanın kifayət qədər ixrac etməli olduğu buğdası var. Azərbaycan da Rusiyadan idxal etdiyinə görə, ölkəmizdə hansısa problem olmayacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Rusiyanın “taxıl sazişi”ndən çıxması qısa müddətli dövr üçün dünya bazarında taxılın qiymətinin artmasına gətirib çıxara bilər:

“Rusiya yenidən “taxıl sazişi”nə qayıdarsa, nə yaxşı. Qayıtmasa belə bu, ciddi fəsadlara gətirməyəcək. Çünki buğdanın qiyməti kifayət qədər qalxıb. May ayının ortasında buğdanın qiyməti ən pik həddə gəlib çatıb. Düşünmürəm ki, may ayındakı qiymətlər yenidən təkaralansın. Azərbaycanda idxalla bağlı heç bir problem yoxdur, taxılın böyük hissəsini yanvarda, daha böyük hissəsini isə məhz sentyabr ayında idxal etmişik. Azərbaycan bu ilin 9 ayı ərzində taxılın ¼-dən artığını, yəni 27-28 faizini sentyabrda, yarıya qədərini isə üçüncü rüb ərzində idxal edib. Üçüncü rübdə taxıl qiymətləri enməyə doğru gedirdi. Azərbaycanda, ümumiyyətlə, çörək bazarında çörəyin qiymətlərinin dünya bazarına reaksiyası bir qədər gecikir. Azərbaycanda taxıl bazarı inzibati metdolarla tənzimləndiyinə görə bazarlarda baş verən qiymət artımlarına, yaxud enişlərinə reaksiya gec olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...