Türkiyə XİN başçısı: “Cənubi Qafqazda kövrək durum davam edir”

Türkiyə XİN başçısı: “Cənubi Qafqazda kövrək durum davam edir”
“Cənubi Qafqazda kövrək durum davam edir”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşündə deyib.

O bildirib ki, Ukraynadakı müharibə də davam edir: “Proseslərin necə davam edəcəyini heç kim bilmir. Hadisələrin gedişini proqnozlaşdırmaq çox çətindir. Soyuq savaş bitəndən sonra yaranan sistemlərin ömrü çox azdır”.

M.Çavuşoğlunun sözlərinə görə, indi əvvəlki illərlə müqayisədə gələcəyi görmək çox çətindir.

O, həmçinin Avropada İslamafobiya tendensiyalarını tənqid edib və bunun yolverilməz olduğunu deyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...