BMTİP rəsmisi: “Azərbaycan DİM-ə nail olmaq öhdəliyini nümayiş etdirib”

BMTİP rəsmisi: “Azərbaycan DİM-ə nail olmaq öhdəliyini nümayiş etdirib”

“Azərbaycan müxtəlif milli strategiyaların həyata keçirilməsi yolu ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq öhdəliyini nümayiş etdirib”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Nuno Keyroz Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

Onun sözlərinə görə, BMTİP minaların təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləyir: “Biz DİM ilə minalardan təmizləmə arasında əlaqə görürük. Məsələn, məktəbin yaxınlığında partlamamış hərbi sursatların olması buranı təhlükəli məkana çevirir və bu, uşaqların təhsil almasına mane olur. Bu isə 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birbaşa problemdir. Ərazilərin minalardan təmizlənməsi yolu ilə keçmiş məcburi köçkünlərin bu yerlərə davamlı şəkildə qayıtması üçün şərait yaradırıq”.

N.Keyroz Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesini sürətləndirməyə çağırıb.

O, həmçinin Ağdamda mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı başsağlığı verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...