Müxalifət yeni birlik yaradır - “Doğru Azərbaycan”ın hədəfi nədir?

Müxalifət yeni birlik yaradır -

Azərbaycanın müxalifət partiyaları bir araya gəlmək istiqamətində danışıqlara başlayıb.

Qaynarinfo-ya daxil olan məlumatda danışıqlarda Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Azərbaycan Liberal Partiyası (ALP), Azərbaycan Demokrat Partiyası (ADP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) iştirak etdiyi iddia olunur.

Bildirilir ki, keçmiş səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq Ədalət Partiyası (HƏP) da prosesə qoşula bilər.

Danışıqlar müsbət nəticə verərsə, Türkiyədə seçki öncəsi yaranan Millət İttifaqı kimi Azərbaycanda yuxarıda adları çəkilən partiyalardan ibarət "Doğru Azərbaycan” adlı birlik yanacaq.

Müxalifət bununla prezident, parlament və bələdiyyə seçkilərində birgə iştirakı hədəfləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...