Ərdoğandan ABŞ-nin ermənipərəst senatoruna: - “O, deyəsən, məni tanımır”

Ərdoğandan ABŞ-nin ermənipərəst senatoruna: -
“Bob Menendez Türkiyəni tanımır. Deyəsən, heç Tayyib Ərdoğanı da tanımır”.

GUNDEMİNFO.AZ “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.

O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələləri bəhanə edərək F-16-ların Türkiyəyə satışına mənfi yanaşmasına münasibət bildirərkən vurğulayıb: "Yunanıstan ilə Türkiyənin qədim bir dostluğu var. Menendez, deyəsən, Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
392 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...