Ermənistanla Rusiya arasında Yuxarı Lars "dalanı" - DETALLAR
Gürcüstan və Rusiya arasındakı Yuxarı Lars keçid məntəqəsində Ermənistan dövlət nömrə nişanlı yük avtomobillərinin sayı mindən çoxdur.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın Rusiya-Gürcüstan sərhədinin Şimali Osetiya hissəsindən bir qədər aralıda yerləşən Stepantsminda kəndinin administrasiyasındakı mənbə “Kommersant”a bildirib.
Səhər saatlarında Gürcüstan mətbuatı gözləyən 964 avtomobil haqqında məlumat yayıb. Ümumilikdə növbədə 2600-ə yaxın yük avtomobili var, lakin erməni sürücülər şikayət edirlər ki, Rusiya gömrükçüləri, sərhədçiləri və fitosanitar nəzarət əməkdaşları Gürcüstan və Türkiyədən gələn avtomobilləri Ermənistandan gələn maşınlardan 3 dəfə tez keçirlər. Qeyd olunub ki, Ermənistandan çoxlu yük maşınları tez xarab olan məhsulları, o cümlədən meyvə və balıqları Rusiya Federasiyasına aparır. Sürücülərin sözlərinə görə, Rusiya fitosanitar nəzarəti Ermənistandan gələn yüklərə qarşı tələbləri xeyli sərtləşdirib, nəticədə avtomobillər günlərlə dayanır.
Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minsk sammitində iştirakdan imtina etməsindən dərhal sonra Rusiya Federasiyası ilə sərhəddə Ermənistan daşıyıcılarının istifadə edə biləcəyi yeganə buraxılış məntəqəsi olan Yuxarı Larsda problemlər noyabrın 23-24-də başlayıb. Ermənistanın KTMT təlimlərini qəbul etməkdən, habelə hərbi-siyasi blokda baş katibin müavini vəzifəsinə öz nümayəndəsinin namizədliyini irəli sürməkdən imtina etməsi də məlumdur.
Bundan əvvəl Ermənistan parlamenti Rusiya prezidenti Vladimir Putinə qarşı cinayət işi açan Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Sərhəddəki problemlərin siyasi fonundan ilk olaraq “Rose Field” şirkətinin nümayəndələri danışıblar. Onların dediyinə görə, sərhəddə həmişə fitosanitar nəzarət olub, lakin Ermənistan yükləri üçün sərhədin tamamilə bağlanması kimi problemlər indiyədək olmayıb.
Məlumata görə, rusiyalı rəsmilər özləri də qeyri-rəsmi söhbətlərdə etiraf ediblər ki, onlar Ermənistandan maşınlara problem yaratmaq üçün Moskvadan xüsusi sifariş alıblar. Oktyabrın əvvəlində konyakla yüklənmiş 60 erməni maşını iki həftə həmin keçid məntəqəsində dayanıb. Sonra Rusiya tərəfi konyakın hərtərəfli laboratoriya tədqiqinə ehtiyac olduğunu bildirib. Ermənistanda istehsal olunan konyakın 95%-i Rusiyaya ixrac edilir. Bir neçə gün dayandıqdan sonra, nəhayət, konyaklı yük maşınları Rusiyaya buraxılmışdı.
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, Yuxarı Lars keçid məntəqəsində söhbət texniki çətinliklərdən - orada xidmət edənlərin dəyişdirilməsindən gedir. Lakin Simonyan siyasi subtekst faktorunu tamamilə istisna etməyib, çünki İrəvanla Moskva arasında münasibətlərdə gərginlik var.
460 dəfə oxundu