“Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir”

“Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir”
“Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir”.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, indiki mərhələdə müzakirə olunan mövzulardan biridir, lakin bununla bağlı heç bir razılışma yoxdur və müzakirələr davam edir", - Simonyan deyib.
Simonyan həmçinin 2020-ci il 10 noyabr tarixli bəyanatda öz əksini tapmış bütün kommunikasiyaların açılması ideyasına əhəmiyyət verdiklərini və bu istiqamətdə fəaliyyətlərini davam etdirdiklərini qeyd edib.
Spiker bu istiqamətdə işlərin uğurla başa çatacağına ümid etdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...