REAL seçki ittifaqı qurur - Namizədlərin adları

REAL seçki ittifaqı qurur -
Bu barədə Bakupost.az -a açıqlamasında REAL-ın icraçı katibi Natiq Cəfərli bildirib.
“Dünənki iclasımızda ilkin siyahı təsdiqləndi və bunu partiyanın və İlqar bəyin (REAL sədri İlqar Məmmədov -red.) Feysbuk səhifəsində paylaşmışıq. Amma namizədlərin müzakirəsi bu həftə ərzində davam edəcək. Yəni onların sayı arta bilər", - deyə Natiq Cəfərli vurğulayıb.
Qeyd edək ki, namizədliyi təsdiqlənən REAL üzvlərinin siyahısı belədir: Erkin Qədirli, İlqar Məmmədov, Elçin Əliyev, Mahmud Mahmudov, Natiq Cəfərov, Toğrul İskəndərli, Rəsul Cəfərov, Zöhrab Əliyev, Samir Məmmədov, Elşən Ədalətli, Rüstəm Hidayətzadə, Vasif Novruzov, Razim Rzayev.
REAL-ın seçki ittifaqı qurmaq təklifinə gəlincə, N.Cəfərli bildirib ki, söhbət hansısa partiya ilə ittifaq qurmaqdan getmir:
"Seçki ittifaqı dedikdə biz hansısa partiya ilə ittifaqa getməyi nəzərdə tutmuruq. Bu, mümkün də deyil. Hansısa situativ danışıqlar ola bilər. Müəyyən dairələr üzrə müxalif siyasi partiyalardan iştirakçılar olarsa, onlarla əməkdaşlıq mümkündür. Amma hansısa koalisiyadan söhbət getmir. Sadəcə, heç bir partiya mənsubiyyəti olmayan, ancaq ictimai aktiv, tanınan insanlar var ki, onlar seçkilərdə iştirak etmək istəsə, REAL-ın təqdimatında seçkiyə gedə və partiyamız tərəfindən dəstəklənə bilər. Bu qaydanı biz 2020-ci il seçkilərində də istifadə etdik. O zaman "Cümhuriyyət" koalisiyası qurulmuşdu. 32 namizədin 29-u REAL-dan idi, 3-ü heç bir partiya mənsubiyyəti olmayan şəxslər idi. Amma REAL həmin 3 nəfəri dəstəklədi. Yəni buna bənzər ittifaq mümkündür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...