Partiya və sayt rəhbərinin məhkəməsi başladı

Partiya və sayt rəhbərinin məhkəməsi başladı
“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmənin istintaqı başlayıb.

Yenisabah.az apa-ya istinadal xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prokuror Vüsal Mehrəliyev ittiham aktını səsləndirib. İttihama görə, Nazim Quliyev müxtəlif vaxtlarda özünü vəkil kimi göstərib yalan vədlər verərək zərərçəkmişlərin bir qisminin pullarını dələduzluq yolu ilə ələ keçirib. Daha sonra bu vəsaiti şəxsi məqsədlərə istifadə edib.

Bundan başqa o, digər zərərçəkmiş şəxslərdən hədə-qorxu yolu külli miqdarda pul vəsaiti alıb.

N.Quliyev rəhbəri olduğu "İdealmedia.az" saytında Binə Atçılıq İdman klubunda ölmüş atların ətini satdığın iddia olunan xəbər yayacağı ilə bağlı Natiq Zeynalovu təhdid edib. Bu xəbərin yayılmaması adı ilə zərərçəkmişdən pul alıb.

Daha sonra o, digər zərərçəkən 16 saylı Poliklinikada çaışan Məleykə Həsənovanın qanun pozuntularını, pulsuz təqdim edilməli olan dərmanları satmaqla bağlı iddialarını öz saytında ictimaitləşdirdikdən sonra, zərərçəkənin həyat yoldaşına onunla bağlı digər məlumatları yayacağını söyləyərək külli miqdarda vəsait ələ keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...