Fidan Blinkenlə Suriyadan danışdı: İcazə verilməyəcək!

Fidan Blinkenlə Suriyadan danışdı:

ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son hadisələri müzakirə ediblər.

H.Fidan Blinkenə Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayaraq, Türkiyənin terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə əsla icazə verməyəcəyini bildirib.

İllərdir diqqətdən kənarda qalan infrastrukturun yenidən qurulmasında beynəlxalq ictimaiyyətin Suriya xalqına dəstək verməsinin vacib olduğunu qeyd edən H.Fidan deyib ki, bu ölkəyə humanitar yardımların fasiləsiz çatdırılması üçün səylər göstərilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
155 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...