Ermənistanın qonşu ölkələrə ərazi iddiası varmı? – Paşinyan yoxdur desə də...

Ermənistanın qonşu ölkələrə ərazi iddiası varmı? –
Ermənistan Konstitusiyasının heç bir müddəasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da öz qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalarına aiddir”, - deyə Paşinyan qeyd edib.
Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul olunub. Sonuncu dəfə isə Ermənistan konstitusiyasına 2005-ci ildə dəyişikliklər edilib.
Ermənistan konstitusiyasına giriş hissəsində qeyd olunub ki, erməni xalqı Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunan milli məqsədlərini əsas götürərək Konstitusiyasını qəbul edir.
Ermənistanın Müstəqillik Bəyannaməsinin giriş hissəsində isə qeyd olunur ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Bəyannamənin 11-ci maddəsində isə qeyd olunur ki, Ermənistan Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda 1915-ci il erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının tərəfdarıdır. Məlumdur ki, Ermənistanda “Qərbi Ermənistan” ifadəsi dedikdə indiki Türkiyə ərazisinin şərq hissələri nəzərdə tutulur. Türkiyədə və eləcə də Azərbaycanda belə hesab edirlər ki, “Qərbi Ermənistan” ifadəsi Türkiyəyə qarşı ərazi iddiasıdır.
Məhz buna görə də Prezident İlham Əliyev Ermənistan konstitusiyasının giriş hissəsində qeyd olunan “Ermənistanın Müstəqillik Bəyannaməsi” ifadəsinin çıxarılmasını tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...