Tramp Zelenski barəsində dediklərini təkzib etdi FOTO

Tramp Zelenski barəsində dediklərini təkzib etdi
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə Baş nazir Kir Starmerlə keçirdiyi mətbuat konfransında jurnalistlərdən birinin sualına qəribə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Belə ki, jurnalist Trampdan Ukrayna Prezidenti Volodimir Zelenskini hələ də “diktator” hesab edib-etmədiyini soruşub. Tramp suala belə cavab verib:

“Bunu mən demişəm? Bunu dediyimə inana bilmirəm. Növbəti sual”.

Qeyd edək ki, Tramp bir neçə gün öncə özünün sahibi olduğu “Truth” sosial şəbəkəsində Zelenski barədə “diktator” ifadəsini işlədib və qeyd edib ki, o, ölkəsində seçkilərin keçirilməsini istəmir. Jurnalistin sualını təkzib etsə də, həmin paylaşım Trampın sosial şəbəkə hesabında hələ də qalmaqdadır.

Həmin paylaşımı bir daha təqdim edirik:


Tramp Zelenski barəsində dediklərini təkzib etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...