Zelenski Starmerlə GÖRÜŞDÜ - Mühüm mesajlar verildi - CANLI VİDEO

Zelenski Starmerlə GÖRÜŞDÜ -
Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Britaniyanın baş naziri Ukrayna üçün suverenlik və təhlükəsizlik prinsiplərinə əsaslanan, uzunmüddətli sülhə nail olmaqda qətiyyətini ifadə edib.

O bildirib ki, "bu, Ukrayna, Avropa və Birləşmiş Krallıq üçün son dərəcə vacibdir".

Ukrayna prezidenti Volodimir Zelenski isə, öz növbəsində baş nazir Kir Starmerə sammitin təşkilinə görə təşəkkür edib və Ukraynanın belə strateji tərəfdaşlara malik olmasından məmnunluğunu vurğulayıb.

"Sabahkı görüşü qəbul etdiyinə görə Zati-aliləri Krala çox minnətdaram və belə mötəbər bir sammit təşkil etdiyiniz üçün sizə təşəkkür edirəm. Biz Ukraynada belə strateji tərəfdaşlara sahib olduğumuz üçün çox xoşbəxtik. Biz sizinlə tarixi sənəd – 100 illik tərəfdaşlıq sazişi imzaladıq. Belə bir sənəd yalnız Böyük Britaniya ilə mövcuddur. Buna görə biz çox sevinirik və sizin dəstəyinizə ümid edirik", – deyə Zelenski Starmerlə görüşünün əvvəlində qeyd edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...